Jurnalist Elnarə Baxış İnci Clinic və İnci Laboratoriyalarında PR və marketinq şöbəsinin müdiri vəzifəsinə başlayıb.
Demokrat.az xəbər verir ki, bu barədə özü sosial şəbəkə hesabında məlumat verib.
O, paylaşımında təxminən 6 illik fasilədən sonra yenidən Ramin Bayramlı ilə eyni kollektivdə çalışacağını bildirib. Jurnalist daha əvvəl onun rəhbərliyi altında işlədiyini və bu əməkdaşlığın yenidən bərpa olunmasından məmnunluğunu ifadə edib.
Qeyd edək ki, Elnarə Baxış əvvəllər TƏBİB-in İctimaiyyətlə əlaqələr şöbəsində çalışıb. O, son olaraq Elektron Təhlükəsizlik Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsini tutub. Baxış ötən ay həmin vəzifədən ayrıldığını açıqlamışdı.
Xatırladaq ki, Ramin Bayramlı 2009–2021-ci illərdə TƏBİB-ə rəhbərlik edib.


