YapiKredi Müraciət Forması
Media Özəl

Dini dəyərlərin qorunması vacibdir — Azər Həsrət

Dini dəyərlərin qorunması vacibdir — Azər Həsrət

"Azərbaycan vətəndaşı olan, bu torpağın müdafiəsi uğrunda şəhidlik və qazilik mərtəbəsinə yüksələn hər kəs Azərbaycançılıq ideologiyasının daşıyıcısıdır. Etnik mənsubiyyətindən asılı olmayaraq, bu dövlətə və torpağa bağlı olan hər kəs Azərbaycançılıq anlayışı altında birləşir".

Demokrat az xəbər verir ki, bunu "Azərbaycançılıq ideyası: media fəaliyyəti və yeni dövrün çağırışları" mövzusunda dəyirmi masada Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü Azər Həsrət deyib.

Onun sözlərinə görə, Azərbaycan əhalisinin böyük əksəriyyətinin müsəlman olduğunu nəzərə alsaq, İslam dini milli-mənəvi dəyərlərin formalaşmasında mühüm rol oynayır:

"Azərbaycançılıq elə bir dövlət ideologiyasıdır ki, ölkədə yaşayan hər kəsi öz ətrafında birləşdirə bilsin. Bu ideologiya yalnız türkçülük anlayışı ilə məhdudlaşmır. Çünki Azərbaycanda türk mənşəli əhali ilə yanaşı, müxtəlif etnik qruplar da yaşayır. Onların hər birinin bu dövlətin və bu torpağın bir parçası olduğu nəzərə alınmalıdır.

Dini dəyərlərin qorunması vacibdir. Eyni zamanda, İslamın müasir dövrün tələblərinə uyğun şəkildə izahına və cəmiyyətə çatdırılmasına ehtiyac var. Azərbaycançılıq ideologiyasının mahiyyəti etnik və dini fərqləri qarşıdurma vasitəsinə çevirmək deyil, müxtəlif mənsubiyyətlərə malik insanları vahid dövlət və vətəndaşlıq kimliyi ətrafında birləşdirməkdir".

Nuray Paşşanlı

Editor
Redaktor