"Liatris Holdinq"in rəhbəri Ruhiyyə Əliyevanın aparıcısı olduğu "Nəsillərin divanı" verilişinin ikinci buraxılışı yayımlanıb.
Verilişin bu dəfəki qonaqları filologiya elmləri doktoru, professor Mahirə Hüseynova və Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Fərid Hüseyn olub. Verilişdə gənclərin tariximizə, milli irsimizə, ailə dəyərlərinə münasibətindən söz açılıb.
Professor Mahirə Hüseynova ailədə 11 uşaq olduqlarını xatırladaraq anasının övladlarını necə böyütdüyündən danışıb:
"Mən həmişə düşünürəm, təəccüblənirəm ki, anam 11 uşağı necə saxlayıb, böyüdüb?! Anam bizi sözlə deyil, hərəkəti, davranışı, nümunəsi ilə tərbiyə edib. Valideyn özü nümunə olarsa, övlad da nümunəvi yetişəcək. 44 günlük Vətən müharibəsində necə oğullarımız şəhid oldu. Bəlkə də onların bəziləri orta məktəbdə zəif oxuyurdular, amma Vətən uğrunda canlarından keçdilər. Təkcə bizim universitetin 45 məzunu şəhid oldu, qazilərimiz var. Əminəm ki, indiki gənclərlə bir gün Qərbi Azərbaycana da dönəcəyik",- deyə M.Hüseynova bildirib. (Yenicag.az)
Daha ətraflı videoda:


