YapiKredi Müraciət Forması
Kriminal

Tovuzda hamilə qadın qətlə yetirildi — Qardaşı saxlanıldı — Yenilənib

Tovuzda hamilə qadın qətlə yetirildi — Qardaşı saxlanıldı — Yenilənib

Tovuzda hamilə qadın bıçaqlanıb.

Demokrat.az xəbər verir ki, hadisə rayonun Düz Cırdaxan kəndində qeydə alınıb.

İlkin məlumata görə, 2002-ci il təvəllüdlü S.Məmmədli kəsici alətlə xəsarət alıb. Yaralı qadın xəstəxanaya çatdırılıb. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Polisin keçirdiyi əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Ə.Məmmədzadə saxlanılıb. Onun yaralı qadının qardaşı olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır. (qafqazinfo)