"Digər ölkələrdə baş verən sənaye qəzalarından nəticə çıxarmaq çox vacibdir. Türkiyənin Bartın şəhərindəki fabrikdə yeni quraşdırılmış maşından çıxan tüstü səbəbindən 14 nəfərin zəhərlənməsi xəbəri sənaye müəssisələrində təhlükəsizlik məsələlərinin nə qədər önəmli olduğunu bir daha göstərir. Azərbaycanda da oxşar risklərin mövcud olduğunu demək olar".
Bunu Demokrat.az-a açıqlamasında təhlükəsizlik məsələləri üzrə ekspert Orxan Musayev deyib.
O, bildirib ki, kimya sənayesi, metallurgiya, qida, tekstil, emal, tikinti materiallarının istehsalı kimi sahələrdə bu cür təhlükələr hər zaman aktualdır:
"Əgər yeni avadanlıq sınaqdan keçirilmədən istismara verilirsə, ventilasiya sistemləri yetərincə işləmirsə, işçilər müvafiq təlimatlandırılmadan fəaliyyətə cəlb olunursa, kütləvi zəhərlənmələrin baş verməsi istisna deyil. Belə halların qarşısını almaq üçün hər bir texnoloji dəyişiklik ciddi şəkildə yoxlanılmalıdır".
Ekspert bildirib ki, avadanlıq istifadəyə verilməzdən əvvəl mütləq texniki sınaqlar aparılmalıdır:
"Qaz sızması ehtimalları yoxlanılmalı, istehsalat sahələrində havalandırma və filtrasiya sistemləri güclü şəkildə işləməlidir. Onların mütəmadi nəzarət altında saxlanması zəruridir. Eyni zamanda işçilərin təhlükəsizlik qaydaları barədə maarifləndirilməsi, qaydalara əməl edilməsinin təmin edilməsi və onların fərdi mühafizə vasitələri ilə təchiz olunması həyati əhəmiyyət daşıyır. Çünki sənaye müəssisələrində təhlükəsizlik yalnız işçilərin sağlamlığının qorunması üçün deyil, həm də müəssisələrin davamlı fəaliyyətini təmin etmək üçün vacibdir".
Onun sözlərinə görə, Bartında yaşanan hadisə bir daha göstərir ki, hansısa laqeydlik belə kütləvi zəhərlənməyə səbəb ola bilər:
"Azərbaycanda bu cür halların qarşısını almağın əsas yolu isə texniki təşkilati tədbirlərlə dövlət nəzarətinin uzlaşdırılması və sistemli təhlükəsizlik mexanizmlərinin formalaşdırılmasıdır".
Əfsanə Kamal
Demokrat.az