YapiKredi Müraciət Forması
Mazda CX-5
Özəl Maraqlı

Yemək videolarına baxmaq insanın iştahasını artıra bilər

Yemək videolarına baxmaq insanın iştahasını artıra bilər

Sosial şəbəkələrdə yayılan yemək videoları yalnız əyləncə məqsədi daşımır. Müxtəlif yeməklərin hazırlanması, iştahaaçan görüntülər və böyük porsiyalar bəzi insanlarda ac olmasalar belə, qida qəbul etmək istəyi yarada bilər.

Demokrat.az xəbər verir ki, sosial şəbəkələrdə qida məzmununun çox olması insanların yemək seçimlərinə və qidalanma vərdişlərinə təsir edə bilər.

Xüsusilə yeməklərin yaxın planda çəkilməsi, ərzaqların hazırlanma prosesinin göstərilməsi və yüksək kalorili qidaların təqdimatı izləyicidə həmin məhsulları dadmaq istəyi yarada bilər.

Bu videoları tez-tez izləyən insanlar gördükləri yeməkləri sifariş etmək, qəlyanaltı qəbul etmək və ya adi vaxtdan daha çox qida istehlak etmək istəyə bilərlər.
Qida məzmununun təsiri hər kəsdə eyni olmasa da, sosial şəbəkələrdəki görüntülərin gündəlik seçimlərə təsiri diqqət çəkir.