YapiKredi Müraciət Forması
Mazda CX-5
Özəl Maraqlı

Yemək zamanı etdiyimiz bu səhvlər daha çox qida qəbul etməyimizə səbəb olur

Yemək zamanı etdiyimiz bu səhvlər daha çox qida qəbul etməyimizə səbəb olur

Yemək zamanı fərqində olmadan edilən bəzi vərdişlər insanın daha çox qida qəbul etməsinə səbəb ola bilər. Televizora baxaraq yemək, sürətlə qidalanmaq və porsiyalara diqqət etməmək toxluq hissinin gec yaranmasına təsir göstərə bilər.

Demokrat.az xəbər verir ki, qidalanma ilə bağlı yayılan məlumatlarda yemək zamanı diqqətin başqa istiqamətə yönəlməsinin insanın nə qədər qida qəbul etdiyini fərq etməməsinə səbəb olduğu bildirilir.

Yemək yeyərkən telefon və televizordan istifadə insanın qidalanma prosesinə diqqətini azalda bilər. Bu zaman qəbul edilən qidanın miqdarını izləmək çətinləşir. Sürətlə yemək də toxluq hissinin yaranmasını gözləmədən daha çox qida qəbul etməyə gətirib çıxara bilər. Bundan başqa, böyük boşqablardan istifadə və yeməyin göz önündə olması da porsiyaların artmasına təsir edən amillər arasında göstərilir.
Mütəxəssislər yemək zamanı diqqəti qidaya yönəltməyi, yavaş yeməyi və porsiyalara nəzarət etməyi tövsiyə edirlər.