YapiKredi Müraciət Forması
Mazda CX-5
Sosial

Samur-Abşeron" kanalındakı faciə uşaqlar şəkil çəkdirərkən baş verib - TƏFƏRRÜAT

Samur-Abşeron kanalındakı faciə uşaqlar şəkil çəkdirərkən baş verib - TƏFƏRRÜAT

Xəbər verdiyimiz kimi bu gün axşam saatlarında "Samur-Abşeron" su kanalı ərazisində faciə baş verib.

Məktəblilər kanal ərazisinə şəkil çəkdirmək üçün gediblər.

Belə ki, 12 yaşlı Ömər Zeynallı qardaşı 11yaşlı Tunar Zeynallı və 13 yaşlı Hüseyn Allahverdiyev ilə birlikdə bu gün saat 15 radələrində şəkil çəkdirmək məqsədilə "Samur-Abşeron" su kanalının
Siyəzən rayonu ərazisindən keçən hissəsinə gediblər.

Kanalın kənarında şəkil çəkdirdikləri zaman Hüseyn Allahverdiyev müvazinətini itirərək "Samur-Abşeron" su kanalına düşüb.

Yeniyetmənin tapılması istiqamətində həyata keçirilən tədbirlər nəticəsində sonuncunun meyiti "Samur-Abşeron" su kanalının Siyəzən rayonu Zarat kəndindən keçən hissəsində tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı Siyəzən rayon prokurorluğunda araşdırma aparılır. (bizim.media)

NE
Nihadə Eyyubova