YapiKredi Müraciət Forması
Mazda CX-5
Sosial Özəl

Bu gün maaşlar verilə bilər? — Açıqlama

Bu gün maaşlar verilə bilər? — Açıqlama

Məlum olduğu kimi, bu günlərdə dünyanın bir çox ölkəsində, o cümlədən Azərbaycanda "Black Friday" kampaniyaları keçirilir. Bəzi ölkələrdə işçilərin kampaniyalardan yararlanaraq alış-veriş edə bilməsi üçün əməkhaqları vaxtından əvvəl ödənilir.

Azərbaycanda da belə bir praktikanın tətbiqi mümkündürmü? Ümumiyyətlə, qanunvericiliyə əsasən, əməkhaqları hansı tarixlərdə ödənilməlidir? Əməkhaqqının gecikdirilməsi halında işçi üçün hər hansı kompensasiya mexanizmi nəzərdə tutulubmu?

Demokrat.az-a açıqlamasında Vətəndaşların Əmək Hüquqları Liqasının sədri Sahib Məmmədov bildirib ki, Azərbaycanda əməkhaqlarının bayramqabağı ödənilməsi ənənəsi mövcuddur:

Bu gün maaşlar verilə bilər? — Açıqlama

"Məsələn, Novruz bayramı ilə əlaqədar 20-21 mart tarixlərində, ayın sonuna hələ vaxt qalmasına baxmayaraq, əməkhaqları bayramdan əvvəl ödənilir. Eyni praktika Yeni il və digər bayramlar ərəfəsində də tətbiq olunur. Lakin "Qara Cümə" və bu kimi digər kampaniyalar Azərbaycanda rəsmi bayram hesab edilmədiyindən, həmin günlərə görə əməkhaqlarının əvvəlcədən ödənilməsi praktikası mövcud deyil.

Ümumiyyətlə, əməkhaqqı əmək müqaviləsində nəzərdə tutulan müddətdə ödənilməlidir. Praktikada isə, bir qayda olaraq, əməkhaqqının növbəti ayın ilk beş günü, yəni ayın 1-dən 5-dək ödənilməsi nəzərdə tutulur. Bəzən müxtəlif səbəblərdən ödənişlər gecikə bilər".

Sahib Məmmədov qeyd edib ki, gecikmə işəgötürənin təqsiri üzündən baş verdikdə, işçinin hər gecikdirilən gün üçün 1 faiz məbləğində kompensasiya tələb etmək hüququ var:

"Adətən, işçilər bu hüquqdan istifadə etmirlər. Belə tələblər daha çox əmək müqaviləsinə xitam verildikdə və ya tərəflər arasında fərdi əmək mübahisəsi yarandıqda gündəmə gəlir. Əmək Məcəlləsində əməkhaqqının avans şəklində ödənilməsi də nəzərdə tutulub. Məsələn, ayın ortasında əməkhaqqının müəyyən hissəsi avans kimi verilə bilər. Lakin mühasibat uçotu və hesabatlılığın təşkili baxımından bu üsul o qədər də əlverişli olmadığından, praktikada əməkhaqqı adətən ayda bir dəfə ödənilir".