Türkiyəli müğənni Hadise bu dəfə səhnə performansı ilə deyil, makiyajsız görüntüləri və estetik prosedurlarla bağlı açıqlamaları ilə gündəmə gəlib.
Demokrat.az xəbər verir ki, 40 yaşlı sənətçi Türkmənistanda verəcəyi konsert öncəsi otel otağında kamera qarşısına keçərək hazırlıq prosesini izləyiciləri ilə bölüşüb.
Üzündə yalnız nəmləndirici vasitə olan Hadisenin görüntülərində kiçik göyərmə diqqət çəkib. Müğənni həmin izin dolğu prosedurundan qaynaqlanmadığını, mezoterapiyadan sonra yarandığını bildirib. Prosedur zamanı bir qədər ağrı hiss etdiyini də etiraf edib.
Sənətçi gözəllik və dəriyə qulluq vərdişlərindən də danışıb. Dolğu etdirməyi sevmədiyini deyən Hadise mezoterapiya və somon tətbiqlərinə üstünlük verdiyini bildirib.
Müğənni botoks etdirdiyini də gizlətməyib. O, bu prosedurdan istifadə etdiyini inkar etməyin düzgün olmayacağını vurğulayıb.



