YapiKredi Müraciət Forması
Mazda CX-5
Şou-biznes

Ailəsindən Zülfiyyə Xanbabayevaya qadağa

Ailəsindən Zülfiyyə Xanbabayevaya qadağa

Xalq artisti Zülfiyyə Xanbabayeva qızı Dənizdən danışıb.

Müğənni Araz FM-ə qonaq olarkən ailəsindən və qızı ilə münasibətindən söz açıb.

O, Dənizin təhsil aldığını, bütün işlərini özü gördüyünü və ancaq ana nəvazişinə ehtiyacı olduğunu bildirib:

"Qızım, yoldaşım, qardaşım uşaqları - heç biri onlardan danışmağımı sevmir. Qoymurlar danışım, ürəyimi boşaldım. Ailəcanlıyam, böyük ailəm var. Qızım Dəniz təhsil alır, dərsə gedib - gəlir. Bütün işlərini də özü edir. Sağ olsun, başımı qatmır. Ancaq ana nəvazişinə ehtiyacı var.

Eqoist olmayım. Özüm ailəmə qarşı çıxıb istədiyimi etmişəmsə, qızıma da istədiyinə icazə verərəm. Xaricə getmək istəsə, getsin. Məsafə problem deyil. Məsafələr yaxınlaşıb, ürəyi istəyəndə mən, mən istəyəndə o mənim yanımda olar. Özümü yox, Dənizi düşünürəm. Bu yaşdan sonra qızım haqqında düşünmək vaxtımdır.

Qızım çox soyuqdur. Nə mənə, nə atasına oxşayıb. Çox istiqanlıyam, onun istiqanlılığı mənə az gəlir".(axşam.az)

NE
Nihadə Eyyubova