Aparıcı Aytən Səfərova mağazalarda satılan çayların keyfiyyətindən narazı olduğunu və buna görə də çay içmədiyini bildirib.
Demokrat.az xəbər verir ki, o, bu barədə "Xəbər ertəsi" proqramında danışıb.
"Yadımdadır ki, çayın dəmlənməsi üçün 10-15 dəqiqə gözləmək lazım olurdu. O vaxt sarı qablaşdırmada ən ucuz hind çayı var idi, insanlar ondan alırdı. Amma nə qədər dadlı idi. Çay və ot mənşəli nəyisə içdiyini uşaqlıqdan anlayırdın.
İndi isə çaya su dəyən kimi rəngi qaralır. Özü də o nə çaydır ki, ləkəsi düşən kimi az qala xlorla silməlisən ki, o boya getsin. Və biz nə içirik? Maşallah, çay içənik, hara gediriksə, xeyirdə, şərdə çay süfrəsi var. Soyuqda, qızmar günəş altında belə, çay insanın susuzluğunu yatırır, amma içdiyimiz çaydırmı?" deyə, Aytən bildirib.



