Bakıda dayanıqlı nəqliyyatın inkişafı və beynəlxalq əlaqələrin genişləndirilməsinə həsr olunan tədbir keçirilib.
Demokrat.az bildirir ki, "Qala Sığorta"nın sponsorluğu ilə Fairmont otelində təşkil edilən BMT-nin Dayanıqlı Nəqliyyat Günü "Move Green, Connect Continents" şüarı altında baş tutub.
Tədbirdə "Qala Sığorta"nın rəhbərliyi və əməkdaşları geniş tərkibdə iştirak ediblər. Yaşıl nəqliyyatın təşviqi və qitələrarası əlaqələrin inkişafını hədəfləyən təşəbbüsə xarici yükdaşıma şirkətləri ilə yanaşı, Azərbaycanın iri daşıyıcıları da qoşulublar.
Tədbir dayanıqlı nəqliyyat həllərinin təşviqi, beynəlxalq əməkdaşlığın genişləndirilməsi və nəqliyyat sektorunda yaşıl yanaşmaların dəstəklənməsi baxımından əhəmiyyət daşıyır.



