Bakıda keçirilən "Sabah" – "Barselona" qarşılaşması zamanı rusiyalı azarkeş dünyasını dəyişib.
Demokrat.az-ın "teleqraf"a istinadən məlumatına görə, hadisə UEFA Çempionlar Liqasının Liqa mərhələsi çərçivəsində baş tutan oyunun ikinci hissəsində Bakı Olimpiya Stadionunda qeydə alınıb.
Belə ki, qarşılaşmanı izləmək üçün Rusiyanın Krasnoyarsk diyarından Azərbaycana gələn, 1987-ci il təvəllüdlü Anton Petrişevin qəfil halı pisləşib. O, stadionda vəfat edib.
Mərhumun meyiti müayinə olunması üçün morqa təhvil verilib. İlkin ehtimala görə, ölümün səbəbi ürəktutma olub.
Faktla bağlı araşdırma aparılır.




