Bir investor "Nvidia" şirkətinin baş direktoru Censen Huanın vəzifəsinə qayıtmasından sonra şirkətin opsionlarına yatırdığı vəsaiti təxminən 20 dəfə artıraraq 376,9 min dollara çatdırıb.
Demokrat.az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.
"Reddit"də "Outrageous-Voice1459" təxəllüsü ilə tanınan treyder noyabrın 20-də "Nvidia"nın alış opsionlarına 19 min dollar xərcləyib. Şirkətin direktorlar şurası noyabrın 23-də Huanı yenidən baş direktor vəzifəsinə qaytardıqdan sonra investorun qazancı 376,9 min dollara yüksəlib.
Treyder əldə etdiyi gəliri səhmlərin bazar açılışında satışı ilə reallaşdırdığını bildirib. O, qazandığı məbləğin on illik əməkhaqqına bərabər olduğunu da qeyd edib.
Xatırladaq ki, noyabrın 12-də Censen Huan "Nvidia"nın rəhbəri vəzifəsindən istefa vermiş, şirkətin maliyyə direktoru Kolet Kress müvəqqəti icraçı direktor təyin edilmişdi. Bir neçə gün sonra direktorlar şurasının sədri Harvi Cons Huanın vəzifəsinə qaytarılmasının nəzərdə tutulmadığını bildirmişdi. Lakin noyabrın 23-də şura qərarını dəyişərək onu yenidən şirkətin baş direktoru təsdiqləyib.
Huanın istefasından əvvəl onun Çin kəşfiyyatı ilə əlaqədə şübhəli bilinən sahibkar Elis Huanla münasibətləri barədə yayılan məlumatlar da gündəmə gəlmişdi. Şirkət bu iddialardan sonra müstəqil araşdırmaya başladığını açıqlamışdı.



