Rusiya Prezidenti Vladimir Putin ABŞ-ın Mayami şəhərində keçiriləcək "Böyük iyirmilik" (G20) sammitində iştirakını hələ qəbul etməyib.
Demokrat.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov "RİA Novosti"yə açıqlamasında bildirib.
"Xeyr, qərar qəbul edilməyib", - deyə o qeyd edib.
Xatırladaq ki, G20 sammiti dekabrın 14–15-də Mayamidə baş tutacaq və Vaşinqton Rusiya prezidentini tədbirə dəvət edib. Putin daha əvvəl səfərlə bağlı qərarı Rusiyadakı vəziyyətdən asılı olaraq verəcəyini, lakin Moskvanın sammitdə istənilən halda yüksək səviyyədə təmsil olunacağını vurğulamışdı.



