YapiKredi Müraciət Forması
Mazda CX-5
Dünya

İranda son 10 gündə saxta spirtli içki səbəbindən 32 nəfər ölüb

İranda son 10 gündə saxta spirtli içki səbəbindən 32 nəfər ölüb

İranda son 10 gündə saxta spirtli içkidən 466 nəfər zəhərlənib, onlardan 32-si ölüb.

Demokrat.az "Tasnim" agentliyinə istinadən xəbər verir ki, bu barədə məlumatı İran Hüquq-Mühafizə Qüvvələrinin sözçüsü Səid Müntəzərül-Mehdi paylaşıb.

"Son 10 gün ərzində ölkənin beş əyalətində spirtli içkilərin qəbulu nəticəsində 466 nəfər zəhərlənib, onlardan 32 nəfəri həyatını itirib", - sözçü bildirib.

Onun sözlərinə görə, ötən 8 ay ərzində 4,5 milyon litrdən çox kustar üsulla hazırlanmış spirtli içki aşkar edilib, onların hazırlanması və paylanması cinayətləri ilə əlaqədar 41 mindən çox şəxs həbs olunub.

Sonuncu dəfə noyabrın 22-də İranın şimal-şərqindəki Nişapur şəhərində spirtli içkidən kütləvi zəhərlənmə faktı qeydə alınıb. O zaman zəhərlənən 33 nəfərdən üçü ölüb.

B
Qeyd edilməyib