İnsanlar gərgin, yorğun və ya kədərli olduqları zaman daha çox şirniyyat, çörək və digər karbohidratlı qidalara üstünlük verə bilirlər. Bu hal yalnız fiziki aclıqla deyil, emosional vəziyyətlə də əlaqəli ola bilər.
Demokrat.az xəbər verir ki, emosional yemək zamanı insan aclıq hissindən çox, stressi azaltmaq, rahatlamaq və əhvalını yaxşılaşdırmaq məqsədilə qida qəbul edir.
Şokolad, şirniyyat və yüksək kalorili məhsullar qısa müddət ərzində insanda rahatlıq hissi yarada bilər. Lakin bu hiss uzunmüddətli olmaya bilər. Stress davam etdikcə insan yenidən yemək istəyinə qapıla bilər.
Emosional aclıq adətən qəfil yaranır və konkret qidalara qarşı istəklə müşayiət olunur. Fiziki aclıq isə tədricən meydana çıxır və müxtəlif qidalarla qarşılana bilər.
Belə hallarda insanın öz emosional vəziyyətini müəyyənləşdirməsi, yuxu rejiminə diqqət yetirməsi və stressi azaltmaq üçün fərqli üsullardan istifadə etməsi vacib hesab olunur.



