YapiKredi Müraciət Forması
Mazda CX-5
Dünya

Polşa Belarusla sərhəddə bufer zonasının müddətini uzadıb

Polşa Belarusla sərhəddə bufer zonasının müddətini uzadıb

Polşanın Belarusla sərhəddə yaratdığı bufer zonası genişləndirilib.

Demokrat.az xəbər verir ki, bu barədə bazar günü Polşa Daxili İşlər və Administrasiya Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Nazirlik Belarusla sərhəddəki bufer zonasının müddətinin 30 noyabr 2026-cı ildən 27 fevral 2027-ci ilədək uzadıldığını açıqlayıb.

Qərar sərhəd təhlükəsizliyinin təmin olunması, qanunsuz miqrasiyanın qarşısının alınması və hüquq-mühafizə xidmətlərinin işini asanlaşdırmaq məqsədilə qəbul edilib. Eyni zamanda sərhəddə beynəlxalq qorunma üçün müraciət hüququnun məhdudlaşdırılması müddəti də uzadılıb.

Nazirliyin məlumatına görə, bu istiqamətdə sərhəd istehkamlarının inşasına artıq təxminən 730 milyon dollardan çox vəsait yatırılıb.

B
Qeyd edilməyib