“Azərbaycanda ipoteka kreditlərinin həcminin azalması mənzil bazarına birbaşa təsir göstərəcək. Kreditlərin azalması o deməkdir ki, alıcıların maliyyə imkanları məhdudlaşır və tələbat zəifləyir”.
Bu sözləri əmlak eksperti Rəşad Məmmədov Demokrat.az-a açıqlamasında deyib.
O qeyd edib ki, nəticədə yeni mənzillərin satışı bir qədər ləngiyə bilər:
“Ümumi ipoteka portfelində artım olsa da, əvvəlki illərlə müqayisədə templərin zəifləməsi bazarın soyumağa başladığını göstərir. Əksər vətəndaşlar mənzil almaq üçün ipotekaya ümid edir, çünki sərbəst vəsaitlə ev almaq imkanı çox məhduddur. İpotekanın zəifləməsi tikinti şirkətlərini də çətin vəziyyətə sala bilər, çünki satışlar yavaşlayır. Bu, xüsusilə yeni tikililərin qiymətlərində sabitlik, hətta müəyyən enmələrə səbəb ola bilər. Bazarda isə qiymətlərin stabilliyi daha çox qorunacaq, çünki orada təklif də məhduddur. Bankların kredit siyasətində sərtləşmə davam edərsə, mənzil bazarında durğunluq dərinləşə bilər”.
Ekspert əlavə edib ki, dövlətin ipoteka dəstəyi və sosial ipoteka mexanizmləri bazara müəyyən dinamika gətirə bilər:
“Alıcıların sayının azalması satıcıları güzəştli şərtlər və endirimlər etməyə vadar edəcək. Mənzil bazarında gözləmə mövqeyi güclənəcək, yəni həm alıcı, həm də satıcı daha ehtiyatlı davranacaq. Uzunmüddətli perspektivdə ipoteka kreditlərinin azalması tikinti sektorunda yeni layihələrin sayını da azalda bilər. Ona görə də bazarda qiymət artımı tempi yavaşıyacaq, bəzi seqmentlərdə isə geriləmə mümkündür. Mənzil bazarında yaxın dövrdə stabillik, lakin əvvəlki kimi sürətli artım olmayacaq”.
Leyla Turan
Demokrat.az