“Azərbaycan və İtaliya münasibətləri son illərdə strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Prezident İlham Əliyevlə Sercio Mattarellanın görüşü bu münasibətlərin daha da möhkəmlənməsinə xidmət edir”.
Bunu siyasi şərhçi Əziz Əlibəyli Demokrat.az-a açıqlamasında deyib.
O əlavə edib ki, İtaliya Azərbaycanın Avropa İttifaqında ən böyük ticarət tərəfdaşlarından biridir:
“Xüsusilə enerji sahəsində əməkdaşlıq münasibətlərin əsas dayağını təşkil edir. Azərbaycan qazının İtaliya üzərindən Avropaya nəqli enerji təhlükəsizliyi baxımından böyük əhəmiyyət kəsb edir. Bu, Azərbaycanın strateji rolunu artırır. Görüşdə səslənən bəyanatlar tərəflərin siyasi dialoqun dərinləşdiyini göstərir. İtaliya, həmçinin Azərbaycanın Qarabağdakı reallıqlarını qəbul edən ölkələrdən biridir. Mədəniyyət, təhsil və turizm sahəsində əməkdaşlıq da qarşıdakı mərhələdə inkişaf etdiriləcək. İqtisadiyyatın qeyri-neft sektorunda da İtaliya şirkətlərinin marağı artmaqdadır. Azərbaycanın infrastruktur layihələrində italyan şirkətlərinin iştirakı mühüm rol oynayır. Diplomatik münasibətlərdə qarşılıqlı etimad və hörmət amili açıq şəkildə hiss olunur. Bu əlaqələr regionda sülh və sabitliyin möhkəmlənməsinə dəstək verir. İki ölkə arasında münasibətlər yalnız ikitərəfli deyil, həm də beynəlxalq platformalarda əməkdaşlıq formatında inkişaf edir. Görüş iki ölkənin strateji tərəfdaşlıq kursunu təsdiqlədi”.
Leyla Turan
Demokrat.az