Xəbər verdiyimiz kimi, tanınmış müğənni Vaqif Şıxəliyev komaya düşüb.
Demokrat.az xəbər verir ki, sənətçinin qaynı Axşam.az-a açıqlamasında onun səhhəti ilə bağlı məlumat verib.
O bildirib ki, V. Şıxəliyevin yayda ürəyinə angioqrafiya olunub və vəziyyəti yaxşı olub:
"Bir həftə əvvəl ürəyində problem yarandı, həkimə getdi, dedilər yaxşıdır. Ötən gün səhər ürəyi dayanıb, 10 dəqiqə bu vəziyyətdə qalıb. Ürək masajı ilə onu geri qaytarıblar. Beyni oksigensiz qaldığı üçün komaya düşüb. Hazırda süni tənəffüs aparatına qoşulub.
Biz özəl klinikanın xərclərini ödəyə bilmirik. Onu Yeni klinikaya köçürmək istəyirik, amma deyirlər ki, yer yoxdur. Bizə yardım etsinlər".



