YapiKredi Müraciət Forması
Mazda CX-5
Maraqlı Özəl

Dekabrda bu 5 bürcün bəxti gətirəcək – İlin ən uğurlu ayı olacaq

Dekabrda bu 5 bürcün bəxti gətirəcək – İlin ən uğurlu ayı olacaq

2026-cı ilin dekabr ayı beş bürcün nümayəndəsi üçün xüsusilə uğurlu keçə bilər. Astroloji proqnozlara görə, bu dövrdə onların şəxsi həyatında, karyerasında və maliyyə vəziyyətində müsbət dəyişikliklər gözlənilir.

Demokrat.az xəbər verir ki, bu barədə "YourTango" məlumat yayıb.

Proqnoza əsasən, dekabrın 4-də Veneranın Əqrəb bürcünə, dekabrın 6-da Merkurinin Oxatan bürcünə keçməsi və dekabrın 8-də baş verəcək Yeni Ay bəzi bürclər üçün yeni imkanlar yaradacaq. Dekabrın 10-dan Saturnun düz hərəkətə başlaması planların həyata keçirilməsinə inamı artıracaq. Dekabrın 12-dən etibarən Yupiterin retroqrad hərəkəti isə insanları əvvəlki qərarlarını və məqsədlərini yenidən nəzərdən keçirməyə sövq edəcək.

Oxatan

Dekabr Oxatanlar üçün yeni başlanğıclar və şəxsi inkişaf dövrü olacaq. Ayın 8-də bu bürcdə baş verəcək Yeni Ay yeni planlara başlamaq üçün əlverişli imkanlar yaradacaq. Dekabrın 10-dan sonra Saturnun düz hərəkəti qarşıdakı altı ay üçün hədəfləri daha aydın müəyyənləşdirməyə kömək edəcək.

Ayın ikinci yarısında diqqət maliyyə və karyera məsələlərinə yönələcək. Dekabrın 23-dəki Dolunay keçmişlə bağlı bəzi məsələlərə aydınlıq gətirə bilər.

Oğlaq

Oğlaqlar üçün dekabr keçmişdə qalan problemlərdən uzaqlaşmaq və şəxsi ehtiyaclara diqqət yetirmək baxımından əhəmiyyətli olacaq. Ayın əvvəlində köhnə münasibətlərlə bağlı xatirələr yenidən gündəmə gəlsə də, əvvəlki təcrübələr bu mövzunu birdəfəlik geridə qoymağa kömək edəcək.

Dekabrın 10-dan sonra ailə məsələlərində aydınlıq yarana bilər. Ayın 25-də Merkurinin Oğlaq bürcünə keçməsi isə yeni ideyalar və cəsarətli qərarlar üçün stimul verəcək.

Əkizlər

Bu bürcün nümayəndələrini münasibətlər və yeni tanışlıqlarla bağlı dəyişikliklər gözləyir. Dekabrda həm şəxsi həyatda, həm də işgüzar əlaqələrdə yeni imkanlar yarana bilər.

Merkurinin dekabrın 6-da Oxatana keçməsi və iki gün sonra baş verəcək Yeni Ay romantik münasibətlər və əməkdaşlıq üçün əlverişli şərait formalaşdıra bilər. Ayın ikinci yarısında köhnə işləri tamamlamaq və gələcək planları dəqiqləşdirmək tövsiyə olunur.

Tərəzi

Tərəzilər dekabrda əvvəlki zəhmətlərinin nəticəsini görməyə başlaya bilərlər. Münasibətlərdə sabitlik yaranması, yarımçıq qalan məsələlərin həlli və birgə layihələrdə irəliləyiş gözlənilir.

Ayın əvvəlində ünsiyyət imkanları genişlənəcək, ətrafdakı insanlar bu bürcün nümayəndələrindən daha çox məsləhət almağa çalışacaqlar. Dekabrın sonlarına doğru ailə və şəxsi münasibətlərin möhkəmlənməsi üçün əlverişli şərait yarana bilər.

Əqrəb

Dekabr Əqrəblər üçün daxili gücün bərpası, keçmiş problemlərin həlli və maliyyə vəziyyətinin yaxşılaşdırılması baxımından əlamətdar ola bilər. Dekabrın 4-də Veneranın bu bürcə keçməsi münasibətlərdəki anlaşılmazlıqların aradan qalxmasına kömək edəcək.

Ayın 6-dan etibarən iş və maliyyə məsələləri ön plana çıxacaq. Karyera yüksəlişi barədə düşünənlər üçün yeni imkanlar yarana, iş axtaranlar isə təcrübəli şəxslərin məsləhətlərindən faydalana bilərlər.