YapiKredi Müraciət Forması
Mazda CX-5
Kriminal

Bakıda çayxanada ata və oğlu bıçaqlanıb

Bakıda çayxanada ata və oğlu bıçaqlanıb

Bakının Sabunçu rayonunda 72 yaşlı kişi və oğul bıçaqlanıb.

Demokrat.az xəbər verir ki, hadisə Bakıxanov qəsəbəsində yerləşən çayxanada baş verib.

Belə ki, 1985-ci il təvəllüdlü Fail Tofiq oğlu Məmmədov 72 yaşlı atası Tofiq Fail oğlu Məmmədovla birlikdə çayxanada əyləşərkən içəri daxil olan naməlum şəxs onlara bıçaqla hücum edib.

Nəticədə ata və oğul müxtəlif dərəcəli bıçaq xəsarətləri alıblar.

Yaralılar xəstəxanaya çatdırılıblar. Onların vəziyyəti orta ağır qiymətləndirilir.

Hadisə ilə bağlı araşdırma aparılır.