YapiKredi Müraciət Forması
Mazda CX-5
Kriminal Özəl

Ərinin yıxıb-sürüdüyü qadın məhkəmədə onu bağışladı

Ərinin yıxıb-sürüdüyü qadın məhkəmədə onu bağışladı

Saatlı rayonunda 37 yaşlı kişi həyat yoldaşına xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Saatlı rayonunun kəndlərindən birində baş verib.

1989-cu il təvəllüdlü Azər kənddə yerləşən və mərhum qayınatası Babaya məxsus fərdi yaşayış evinin həyətyanı sahəsində həyat yoldaşı Fəridə (adlar şərtidir – red.) ilə ailə münaqişəsi zəminində mübahisə edib.

İstintaq materiallarına əsasən, Azər mübahisə zamanı yumruq və şillə ilə Fəridənin baş nahiyəsinə zərbələr endirib, saçından tutaraq onu yerə yıxıb və müxtəlif dərəcəli xəsarətlər yetirib.

Azər barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.

İş üzrə izahat verən Azər ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində bildirib ki, hadisə günü saat 17 radələrində Saatlı rayonunun kəndlərindən birində yerləşən və mərhum qayınatası Babaya məxsus fərdi yaşayış evinin həyətyanı sahəsində həyat yoldaşı Fəridə ilə ailə münaqişəsi zəminində mübahisə edib:

"Dalaşaraq yumruq və şillə ilə arvadımın baş nahiyəsinə vurdum, saçından tutaraq yerə yıxdım və ona xəsarətlər yetirdim. Daha sonra arvadımdan üzr istəyərək onunla barışdım".

İş üzrə zərərçəkmiş Fəridə bildirib ki, əri Azərə qarşı heç bir şikayət və tələbi yoxdur. O, Azəri bağışlayaraq şikayətindən imtina edib.

Saatlı Rayon Məhkəməsinin qərarı ilə Azər barəsində cinayət təqibinə xitam verilib və o, cinayət məsuliyyətindən azad edilib.

Fariz Məlikli

Editor
Redaktor