YapiKredi Müraciət Forması
Mazda CX-5
Kriminal Özəl

Həkimə getmək istəyən arvadını döydü

Həkimə getmək istəyən arvadını döydü

Sumqayıt şəhərində 44 yaşlı kişi həyat yoldaşına xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Sumqayıt şəhərinin Kimyaçılar qəsəbəsi ərazisində baş verib.

Masallı rayon sakini, 1982-ci il təvəllüdlü Məhərrəm yaşadığı evdə qeyri-rəsmi nikah münasibətində olduğu Sara (adlar şərtidir – red.) ilə mübahisə edib. Aralarında yaranan mübahisə zamanı Məhərrəm yumruq zərbələri ilə Saranı döyüb.

Məhərrəm barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.

İş üzrə izahat verən Məhərrəm ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində bildirib ki, bazar günü işdən evə gəldiyi zaman Sara ondan onu həkimə aparmasını tələb edib:

"Saraya onu birinci gün həkimə aparacağımı bildirdim. Buna görə aramızda mübahisə yarandı. Mübahisə zamanı ona şillə vurdum. Həmçinin əlimin iç nahiyəsi ilə burnuna zərbə yetirdim".

Təqsirləndirilən şəxs deyib ki, uzun müddətdir Sara ilə birlikdə yaşayırlar. Onun sözlərinə görə, onların iki övladı var.

Məhərrəm zərərçəkmiş şəxslə barışdığını və əməlinə görə peşman olduğunu bildirib.

İş üzrə zərərçəkmiş Sara da Məhərrəmlə barışdığını deyib. O, Məhərrəmdən bir daha onu narahat etməməsini xahiş etdiyini, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını bildirib.

Sumqayıt Şəhər Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən Məhərrəm barəsində olan cinayət işinə xitam verilib və o, cinayət məsuliyyətindən azad edilib.

Fariz Məlikli

Editor
Redaktor