YapiKredi Müraciət Forması
Mazda CX-5
Şou-biznes

Ayanın evi - VİDEO

Ayanın evi - VİDEO

Müğənni Ayan Babakişiyeva evindən görüntülər paylaşıb.

Sənətçi bir gününü lentə alaraq izləyiciləri ilə bölüşüb. O, videoya bu sözləri yazıb:

"Əslində, yeni fotosessiyamızı paylaşmaq istəyirdim. Son anda dedim, keçən il elə bu vaxtlarda özüm üçün vlog çəkmişdim, sizlər də bəyənmişdiniz. Dedim, yenə edək.

Bəlkə də səhnədən sonra məni ikinci dəfə xoşbəxt edən və marağıma səbəb olan şey mətbəxdir.

Videonun sonunda deyəcəksiniz: O qədər biş-düş elədin, ay Ayan, bəs niyə Selena sadə menyu seçdi? Bəli, həftə ərzində belə asan yemək seçiləndə mən həm özüm üçün, həm də sonradan mənə rahat olsun deyə buzluqda hazır fabrikat yeməklər hazırlayıram. Sizin kimi.

Amma deyim ki, özün çək və montaj et, çətin işdir. Bundan sonra öz komandamla günlük ev vlogları çəkəcəyəm. Xoşuma gəldi. O qədər evdarlıq edirəm, boşa getməsin".

NE
Nihadə Eyyubova