YapiKredi Müraciət Forması
Mazda CX-5
Dünya

"Pizza Hut"ın qurucusu vəfat etdi

Pizza Hutın qurucusu vəfat etdi

Dünyanın məşhur pizza restoranları şəbəkəsi "Pizza Hut"ın həmtəsisçisi Den Karni 95 yaşında vəfat edib.

O xroniki obstruktiv ağciyər xəstəliyindən dünyasını dəyişib.

Qeyd edək ki, Karni qardaşı Frenk Karni ilə birlikdə 1958-ci ildə ABŞ-nin Kanzas ştatında ilk "Pizza Hut" restoranını açıb.

Qardaşlar biznesə başlamaq üçün analarından 600 dollar borc alıblar. Kiçik bir restoranla başlayan iş qısa müddətdə böyüyərək beynəlxalq şəbəkəyə çevrilib. 1977-ci ildə qardaşlar "Pizza Hut"u "PepsiCo" şirkətinə 300 milyon dollara satıblar.

Den Karninin qardaşı Frenk Karni isə 2020-ci ildə 82 yaşında vəfat edib.

NE
Nihadə Eyyubova