YapiKredi Müraciət Forması
Mazda CX-5
İdman

UEFA "Beşiktaş" - "Hapoel" matçında baş verənlərlə bağlı araşdırmalara başladı

UEFA Beşiktaş - Hapoel matçında baş verənlərlə bağlı araşdırmalara başladı

UEFA Avropa Liqasının ümumi mərhələsinin beşinci turunda keçirilən "Marsel" - "Levski" (1:0) və "Beşiktaş" - "Hapoel Beer-Şeva" (2:1) matçlarında baş verən iğtişaşlarla bağlı araşdırmalara başlayıb.

Demokrat.az xəbər verir ki, bu barədə təşkilatın rəsmi saytında məlumat verilib.

UEFA-nın təyin etdiyi etika və intizam üzrə müfəttişlər mövcud sübutları araşdıracaq və baş verən hadisələrin təfərrüatını müəyyənləşdirəcəklər.

"Futbolda zorakılığa, aqressiyaya, nifrətə və təxribatçı, ayrı-seçkilik xarakterli və ya ekstremist davranışın istənilən formasına yer yoxdur. UEFA yarışları hörmət, ədalətli oyun, dürüstlük və təhlükəsizlik prinsipləri üzərində qurulub", - deyə təşkilatın bəyanatında bildirilib.

Qeyd edək ki, noyabrın 26-da "Marsel"in "Levski" ilə "Velodrom" stadionunda keçirilən matçından əvvəl azarkeşlər arasında toqquşmalar baş verib. Hadisə nəticəsində Bolqarıstanın 11 vətəndaşı xəsarət alıb, onlardan beşi xəstəxanaya yerləşdirilib. Marsel prokurorluğu iki ayrı araşdırmaya başlayıb.

"Beşiktaş"ın "Hapoel"lə qarşılaşması isə Gürcüstanın Batumi şəhərində keçirilib. Matçın 26-cı dəqiqəsində türkiyəli azarkeşlərlə polis arasında baş verən toqquşmalar səbəbindən oyun yarım saatdan çox müddətə dayandırılıb. Hadisə ilə əlaqədar 16 nəfər saxlanılıb, üç polis əməkdaşı xəsarət alıb. Daha sonra saxlanılan şəxslərin hamısı sərbəst buraxılıb

NE
Nihadə Eyyubova