YapiKredi Müraciət Forması
Mazda CX-5
Dünya

Liviya Ukraynaya etiraz olaraq Kiyevdəki səfirini geri çağırıb

Liviya Ukraynaya etiraz olaraq Kiyevdəki səfirini geri çağırıb

Liviya Ukraynanın Benqazi limanına pilotsuz uçuş aparatları ilə hücumuna görə ölkənin Ukraynadakı səfiri Usama Məhəmməd Əbu əl-Qasimi məsləhətləşmələr üçün geri çağırıb.

Demokrat.az xəbər verir ki, Liviya Xarici İşlər Nazirliyi hücumu ölkənin suverenliyinə qəsd və beynəlxalq hüququn pozulması kimi qiymətləndirib.

Qeyd edək ki, noyabrın 22-də Ukrayna dronları Benqazi limanına hücum edib. Hadisə nəticəsində Liviya Milli Ordusunun Hərbi Dəniz Qüvvələrinin azı iki hərbçisi həlak olub.

NE
Nihadə Eyyubova