YapiKredi Müraciət Forması
Mazda CX-5
Region

Pezeşkian: İran ABŞ ilə danışıqları davam etdirir

Pezeşkian: İran ABŞ ilə danışıqları davam etdirir

İran ABŞ ilə münaqişənin diplomatik yolla həlli istiqamətində danışıqları davam etdirməyə hazırdır, lakin ölkənin maraqlarına zidd olan və alçaldıcı şərtləri qəbul etməyəcək.

Demokrat.az xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian bəyan edib.

Prezident qeyd edib ki, Tehran mövcud problemlərin həlli üçün məntiq və diplomatiyaya üstünlük verir, lakin ABŞ-nin və digər rəqiblərinin mümkün təcavüzünə və ya təxribatçı addımlarına qarşı səssiz qalmayacaq.

Pezeşkian əlavə edib ki, İran təzyiq və hədə-qorxu siyasətinə boyun əyməyəcək və ölkənin maraqlarını qorumaq üçün müqavimət göstərəcək.

NE
Nihadə Eyyubova