İranın sərbəst bazarında ABŞ dolları 3 milyon İran rialından çox olmaqla – 3 047 000 rial səviyyəsinə çataraq rekord həddə yüksəlib.
Bazar günü ticarət zamanı dollar bu rekord zirvəyə çatıb.
İran valyutası yerli vaxtla təxminən saat 12:40-da bu tarixi minimuma (rialın dəyərdən düşməsi baxımından) çatıb; saat 13:56-da isə dollar 2 989 808 rial məzənnəsi ilə ticarət olunub. Rəsmi məzənnəyə gəldikdə, bu, 1 dollar üçün təxminən 1,96 milyon rial təşkil edir.
Son bir həftə ərzində sərbəst bazarda dollar təxminən 12%, son altı ayda 71%, ötən il ərzində isə 158% bahalaşıb.



