YapiKredi Müraciət Forması
Mazda CX-5
Maraqlı

Cəmi 5 dəqiqəlik gündüz yuxusu orqanizmə fayda verə bilər

Cəmi 5 dəqiqəlik gündüz yuxusu orqanizmə fayda verə bilər

Somnoloqlar qısa müddətli gündüz yuxusunun hətta əlverişsiz şəraitdə belə orqanizm üçün faydalı olduğunu bildiriblər.

Mütəxəssislərin fikrincə, insan güclü yorğunluq hiss etdikdə qısa müddətlik dincəlmək fürsətini qaçırmamalıdır. Ən yaxşı nəticə üçün gündüz yuxusu zamanı da yuxu gigiyenasına diqqət yetirmək, mümkün qədər qaranlıq və sakit mühit yaratmaq vacibdir.

Lakin belə şərait olmadıqda da bir neçə dəqiqəlik mürgü faydasız deyil. Somnoloqlar kresloda cəmi beş dəqiqə yatmağın belə bədənin və beynin qismən bərpasına kömək edə biləcəyini qeyd edirlər.

Qeyri-ideal şəraitdə daha rahat yuxuya getmək üçün isə qulaq tıxaclarından və yuxu maskasından istifadə etmək tövsiyə olunur.

NE
Nihadə Eyyubova