YapiKredi Müraciət Forması
Mazda CX-5
Cəmiyyət

Prezidentin təltif etdiyi Əhməd Vəliyev kimdir?

Prezidentin təltif etdiyi Əhməd Vəliyev kimdir?

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə Əhməd Abdulkərim oğlu Vəliyev 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.

Demokrat.az axar.az-a istinadən bildirir ki, Ə.Vəliyev 1946-cı il noyabrın 29-da Qazax rayonunun Alpout kəndində anadan olub.

1964-cü ildə orta məktəbi bitirərək Azərbaycan Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinə daxil olub. Ali təhsilini başa vurduqdan sonra elmi və pedaqoji fəaliyyətlə məşğul olub.

1966-cı ildən Bakı Soyuducular Zavodunda fəhlə, mühəndis və böyük mühəndis vəzifələrində çalışıb. 1970-ci ildən Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda laborant, baş laborant, laboratoriya müdiri, müəllim, baş müəllim və dosent kimi fəaliyyət göstərib.

1990-cı ildən Bakı Sənaye-Pedaqoji Texnikumunun direktoru vəzifəsində çalışıb. 1995-ci ildə Odlar Yurdu Universitetinin əsasını qoyaraq onun təsisçisi olub. 1997-ci ildən isə həmin ali təhsil müəssisəsinin rektorudur.

Əhməd Vəliyev fizika-riyaziyyat elmləri doktoru, professordur.

Onun ictimai-siyasi fəaliyyəti də olub. Yeni Azərbaycan Partiyasının üzvü olan Əhməd Vəliyev 2005-2010-cu illərdə III, 2010-2015-ci illərdə isə IV çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub. Parlamentdə Elm və təhsil komitəsinin fəaliyyətində iştirak edib, müxtəlif ölkələrlə parlamentlərarası əlaqələr üzrə işçi qruplarında təmsil olunub.

Əhməd Vəliyev 3 övlad atasıdır.

O, hazırda Odlar Yurdu Universitetinin rektoru vəzifəsində fəaliyyətini davam etdirir.