Deputat Ceyhun Məmmədov gənclərə dürüstlük, ləyaqət, mənəviyyat və həqiqətə sadiq qalmaqla bağlı tövsiyələr verib.
Demokrat.az xəbər verir ki, deputat bu barədə özünün "Facebook" hesabında paylaşım edib.
Ceyhun Məmmədov gənclərə arxasınca danışanlara fikir verməməyi, əmin olduqları yolda davam etməyi, dürüstlüyü, ləyaqəti və insanlığı heç nəyə qurban verməməyi tövsiyə edib. O, haqqa tabe olmağa, batilin və yalanın arxasınca getməməyə, yalançı və ikiüzlü insanlardan uzaq durmağa çağırıb.
Deputat qəlbi kin və küdurətdən təmiz saxlamağın, şəxsiyyət və mənəviyyatı qorumağın, laqeyd və biganə olmamağın vacibliyini vurğulayıb. Həmçinin yalan, böhtan və iftiradan uzaq durmağı, həqiqəti deməkdən çəkinməməyi, təkəbbür, özündənrazılıq və yekəxanalığa yol verməməyi tövsiyə edib.



