Lənkəranda baş verən yol-nəqliyyat hadisəsində ölən və xəsarət alan şəxslərin kimliyi müəyyənləşib.
Hadisə zamanı "Mercedes" markalı avtomobilin sürücüsü, 2001-ci il təvəllüdlü Vüqar İlqar oğlu Ağazadə idarəetməni itirib. Bu zaman nəqliyyat vasitəsi yol kənarındakı hasara çırpılıb və alışaraq yanıb.
Qəza nəticəsində Vüqar Ağazadə hadisə yerində həyatını itirib. Maşında olan digər iki nəfər - 2001-ci il təvəllüdlü Elvin Ənvər oğlu Məmmədli və həmyaşıdı İsmayıl Azər oğlu Rüstəmli müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Qəzada ölən Vüqar Ağazadə uşaq yaşlarında valideynlərini itirib. O, yaxın qohumlarının himayəsində böyüyüb.
Faktla bağlı araşdırma aparılır. (Oxu.Az)
01:32
Lənkəranda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə köhnə Ələt-Astara magistral yolunun Lənkəran şəhərindən keçən hissəsində qeydə alınıb.
Belə ki, qəza zamanı "Mercedes" markalı minik avtomobili xalça fabrikinin hasarına çırpılıb. Hadisə nəticəsində bir nəfər ölüb, bir neçə nəfər isə xəsarət alıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Lənkəran Yanğından Mühafizə hissəsinin və polis əməkdaşları cəlb olunublar.
Faktla bağlı araşdırma aparılır. (oxu.az)



