Misli Premyer Liqasında XIII turun daha iki oyunu bu gün keçiriləcək.
Demokrat.az məlumatına görə, ilk olaraq Qərb derbisi baş tutacaq.
"Turan Tovuz" doğma azarkeşlər önündə "Kəpəz"lə üz-üzə gələcək. Tovuz şəhər stadionundakı qarşılaşma saat 16:30-da start götürəcək. Meydan sahibləri 24 xalla üçüncü pillədə qərarlaşıb. Ehtiyatda daha bir matçı olan Gəncə təmsilçisi 18 xalla altıncı sıradadır.
Günün ikinci görüşündə son ölkə çempionu "Sabah" "Araz-Naxçıvan"ı sınağa çəkəcək. Mərdəkandakı "Sabah Arena"da təşkil olunacaq qarşılaşma saat 19:00-da başlanacaq. Rəqibindən bir oyun az keçirən Bakı klubu 24 xalla ikinci yerdədir. Naxçıvan təmsilçisi 4 xalla sonuncu - 12-ci pillədə qərarlaşıb.
Premyer Liqa
XIII tur
II dövrə
28 noyabr
16:30. "Turan Tovuz" – "Kəpəz"
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Namiq Bəkirov
VAR: Rəvan Həmzəzadə
AVAR: Teymur Teymurov
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Anar Şixəliyev
Tovuz şəhər stadionu
19:00. "Sabah" – "Araz-Naxçıvan"
Hakimlər: Vüqar Həsənli, Vüsal Məmmədov, Gülnurə Əkbərzadə, Əkbər Əhmədov
VAR: Əli Əliyev
AVAR: Zeynal Zeynalov
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Erkin Hüseynov
"Sabah Arena"
Xatırladaq ki, ötən gün "Şəfa" səfərdə "İmişli"ni (3:1), "Neftçi" evdə "Zirə"ni (1:0) məğlub edib. Azərbaycan Premyer Liqasında XIII tura sabah yekun vurulacaq.



