Qara dənizdə Ukrayna ordusu üçün hərbi təyinatlı yük daşıdığı iddia edilən quru yük gəmisinə pilotsuz uçuş aparatları ilə zərbə endirilib.
Demokrat.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Rusiya tərəfinin bildirdiyinə görə, hadisə Odessanın cənub-qərbində baş verib. Hücum nəticəsində Ukrayna Silahlı Qüvvələri üçün hərbi təchizat daşıdığı iddia olunan gəmi zədələnib.
Nazirlik zərbələrin Ukrayna Silahlı Qüvvələrinə məxsus gəmilərə qarşı həyata keçirildiyini bildirib.
Hadisə ilə bağlı Ukrayna tərəfinin açıqlaması və gəminin vəziyyəti barədə əlavə məlumat verilməyib.



