Rusiyanın paytaxtı Moskvada Türkiyə səfirliyinin binasında yanğın hadisəsi baş verib.
Demokrat.az xəbər verir ki, hadisə şəhərin Xamovniki rayonunda, 7-ci Rostov döngəsində yerləşən səfirlik binasında qeydə alınıb.
Yanğın binanın ikinci mərtəbəsində, diplomatik nümayəndəliyin əməkdaşlarının yaşadığı mənzillərdən birində meydana gəlib. Nəticədə otaqlardan birində olan mebel yanıb.
Hadisə yerinə cəlb olunan yanğınsöndürənlər alovu qısa müddətdə söndürüblər. Təhlükəsizlik tədbirləri çərçivəsində binadan 20 nəfər təxliyə edilib.
İlkin məlumatlara əsasən, xəsarət alanlarla bağlı hələlik hər hansı məlumat yayılmayıb.



