Baş Prokurorluğun kollektivi Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib — FOTOLAR

DAXİLİ SİYASƏT 01 oktyabr 2025, 11:15
Azərbaycan Respublikası prokurorluq orqanlarının yaradılmasının 107-ci ildönümü və 1 oktyabr – Prokurorluq işçilərinin peşə bayramı münasibətilə Baş Prokurorluğun rəhbərliyi Fəxri xiyabana gələrək Ulu Öndər Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə əklil qoyub, gül dəstələri düzüblər.

Demokrat.az xəbər verir ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın, tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin də xatirələri yad edilib, məzarları üzərinə gül dəstələri qoyulub.

Sonra Baş prokuror Kamran Əliyev və prokurorluq əməkdaşları Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəman Vətən övladlarının xatirəsini dərin ehtiramla yad edərək məzarları üzərinə gül dəstələri düzüb, "Əbədi məşəl" abidəsinin önünə əklil qoyublar.

 





SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top