DİN-in katerləri Kür çayında fasiləsiz xidmət aparır

SOSİAL 01 oktyabr 2025, 11:31
III MDB Oyunları çərçivəsində Mingəçevir şəhərində keçiriləcək avarçəkmə yarışlarında təhlükəsizliyin yüksək səviyyədə təmin olunması məqsədilə Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən Kür çayında gücləndirilmiş xidmət təşkil olunub.

DİN-dən Demokrat.az-a bildirilib ki, xidmətə əlavə katerlər və canlı qüvvə cəlb edilib.

Polis əməkdaşları su hövzəsində ictimai asayişin qorunması, hər hansı hüquqazidd əməllərin qarşısının vaxtında alınması, eləcə də köməyə ehtiyacı olan şəxslərə operativ yardım göstərilməsi istiqamətində fasiləsiz rejimdə fəaliyyət göstərirlər.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top