Tbilisidə vəziyyət gərgin olaraq qalır, polis gözyaşardıcı qazdan istifadə edir

REGİON 04 oktyabr 2025, 23:56
Tbilisinin bəzi mərkəzi küçələrində etirazçılar aksiyanı davam etdirirlər.

 Gürcüstan parlamentinin binası ətrafındakı bir neçə küçədə aksiya iştirakçıları müxtəlif əşyalarla polis əməkdaşlarına hücum ediblər.

Tabukaşvili küçəsində polis gözyaşardıcı qaz tətbiq edib, nəticədə aqressiya göstərən aksiyaçılar geri çəkiliblər. Etirazçılar küçədə barrikadalar yaradaraq onlara od vurublar.

Bu arada mitinqin əsas təşkilatçılarından biri olan “Rustaveli prospekti” hərəkatının lideri Paata Burçuladze xəstəxanaya çatdırılıb. Onun bibər qazından zəhərlənmə və stress səbəbindən ürəyində problemlərin yarandığı bildirilir.

“İmedi” telekanalı P.Burçuladze və Gürcüstanın sabiq müdafiə naziri Baço Axalaya arasında telefon danışığının səs yazısını yayıb.

Həqiqiliyi hələ təsdiqlənməyən səs yazısında tərəflər Tbilisidə iğtişaşların planlaşdırılmasını müzakirə edirlər.(APA)
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
04 oktyabr 2025, 21:27
Top