“Ermənistanda revanşist qüvvələr hələ də ictimai-siyasi mühitdə gedən proseslərə təsir edə bilirlər. Kilsə bu prosesdən kənarda qalmayıb, eyni zamanda "Qarabağ klanı" müxtəlif kanallar vasitəsilə əhali arasında geniş işlər görməkdədir ki, ən azından konstitusiya dəyişikliyi ilə bağlı prosesi bir növ bloklasınlar. Amma istənilən halda ortada razılaşdırılmış məqamlar var, Ermənistanın üzərinə götürdüyü öhdəliklər mövcuddur. Vaşinqtonda Paşinyanın öz imzası ilə qəbul etdiyi öhdəliklər var ki, bunun üzərində iş aparmalıdır. O cümlədən, bu işlər ideoloji səviyyədə də aparılmalıdır”.
Bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Allahverənov deyib. Onun sözlərinə görə, Prezident İlham Əliyev Vaşinqton görüşündən sonra bildirdi ki, Paşinyanın müəyyən ev tapşırıqları var:

“Bu tapşırıqlar hansılardır? Bu, etimad quruculuğu ilə bağlı məsələlərdir, revanşist qüvvələrin əl-qolunu bağlayacaq addımlardır, konstitusiya dəyişikliyi ilə bağlı ictimai rəyi formalaşdırmaqdır. Yəni Ermənistan sülhdə maraqlıdırsa, buna xidmət edəcək siyasət həyata keçirməlidir.
Ermənistan Nazirlər Kabineti noyabrın 1-dən ölkəyə giriş-çıxış zamanı pasportlara vurulan viza möhürlərindən Ağrı dağının təsvirini çıxarmaq haqqında qərar qəbul edib. Ermənistan sülh istəyirsə, bu kimi addımları mütləq atmalıdır. Həmçinin konstitusiyada dəyişiklik etməlidir. Bunu Ermənistan cəmiyyəti istəyə də bilər, istəməyə də. Bu, dövlət başçısının üzərinə götürdüyü bir öhdəlikdir. Ermənistan ictimai rəyin sülhə gətirib çıxarmasına səbəb olacaq siyasət yürütməlidir. Əks halda Ermənistan və Paşinyan öhdəlikləri yerinə yetirməyən bir ölkə kimi mənfi imic qazanacaq”.
Cavidan Mirzəzadə
Demokrat.az