“Paytaxtda tikilməkdə olan yeni çoxmənzilli yaşayış binalarının satış qiymətlərində ciddi artımlar müşahidə olunur. Bu artımların bir neçə səbəbi var”.
Bunu Demokrat.az-a açıqlamasında əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev deyib.
O, bildirib ki, əsas səbəblərdən biri Bakı şəhərində yeni çoxmənzilli binaların inşası üçün torpaq sahələrinin azlığı və mövcud torpaqların qiymətlərinin yüksək olmasıdır:
"Tikinti şirkətləri artıq istismar müddəti bitmiş və qəzalı vəziyyətdə olan köhnə binaları və fərdi evləri sökərək onların üzərində yeni çoxmənzilli yaşayış binaları inşa edirlər. Sökülən mənzil sahiblərinə şirkətlər tərəfindən köç xərcləri və kirayə xərcləri ödənilir, həmçinin yeni tikiləcək binalardan mənzil təqdim olunur. Yeni binalarda tam təmirli və sahəsi daha geniş mənzillər təqdim olunduğundan tikinti xərcləri artır".
Ekspert bildirib ki, bəzən üç-dörd, hətta beş mərtəbəli binaların sökülməsi nəticəsində həmin ərazidə 60–100 mənzil sahibi yeni mənzillərlə təmin olunur.
Əfsanə Kamal
Demokrat.az