Bu gündən etibarən üç bürcün nümayəndələri maliyyə məsələlərində uğurlu dövrə qədəm qoya bilər. Astroloqların proqnozuna görə, bu fürsətlərdən yararlanmaq üçün yalnız şansa güvənmək kifayət etməyəcək. İnadkarlıq, intizam və qarşıya qoyulan məqsədə diqqət uğurun əsas şərtləri olacaq.
Demokrat.az xəbər verir ki, bu barədə "YourTango" nəşri məlumat yayıb.
Astroloji şərhlərə əsasən, Ayın Xərçəng bürcündə, Saturnun isə Qoç bürcündə olması ilə əlaqələndirilən kvadrat aspekti üç bürcün maliyyə hədəflərinə çatmasına kömək edə bilər. Bu dövrdə diqqəti ikinci dərəcəli məsələlərə yayındırmadan əsas məqsədə yönəltmək tövsiyə olunur.
Buğa
Buğa bürcündən olanlar uğura öz yolları ilə çatmağa üstünlük verirlər. Onlar gördükləri işin incəliklərini yaxşı bilir və başqalarının fikirlərindən asılı olmadan qərar verməyə çalışırlar.
Astroloqların fikrincə, bu dövrdə Buğalar kənar müdaxilələrə və tənqidlərə vaxt itirmədən maliyyə məqsədlərinə fokuslana biləcəklər. Ardıcıllıq və diqqət onların maddi vəziyyətini yaxşılaşdırmaq üçün yeni imkanlar yarada bilər.
Oğlaq
Oğlaqlar maliyyə məsələlərinə ciddi yanaşmaları və planlı hərəkət etmələri ilə seçilirlər. Onlar üçün maddi sabitlik və yığımları artırmaq xüsusi əhəmiyyət daşıyır.
30 oktyabrda bu xüsusiyyətlərin daha çox fayda verəcəyi proqnozlaşdırılır. Astroloji şərhlərə görə, Oğlaqlar diqqətlərini əsas hədəflərə yönəldərək əlavə gəlir əldə etmək və maliyyə vəziyyətlərini möhkəmləndirmək üçün səylərini artıra bilərlər.
Oxatan
Oxatanları maliyyə uğuruna aparan əsas amil başladığı işi yarımçıq qoymamaq bacarığı olacaq. Onlar gəlir vəd edən bir işə başlayıblarsa, nəticə əldə edənədək davam etməyə meyillidirlər.
Astroloqlar hesab edirlər ki, bu dövrdə intizam və həvəs Oxatanlara yeni qazanc imkanları qazandıra bilər. Sevdikləri işə maraqları, peşəkarlıqları və əzmkarlıqları maddi baxımdan müsbət nəticələrə yol aça bilər.
Jalə


