YapiKredi Müraciət Forması
Hadisə

Gəncədə ağır qəza: 5 nəfər xəsarət aldı

Gəncədə ağır qəza: 5 nəfər xəsarət aldı

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

Demokrat.az apa-ya istinadən xəbər verir ki, şəhər ərazisində hərəkətdə olan "Mercedes" və "QAZ 31" markalı minik maşınları toqquşub.

Qəza zamanı 1979-cu il təvəllüdlü R.Babayev, 1985-ci il təvəllüdlü S.Abuzərova, 1977-ci il təvəllüdlü S.Pənahova, 1987-ci il təvəllüdlü Ü.Poladova və 2003-cü il təvəllüdlü Ə.İmanov xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Onların vəziyyətinin kafi olduğu bildirilir.

NE
Nihadə Eyyubova