Paşinyan üzr istədi

REGİON 17 avqust 2025, 22:36

Ermənistanın Baş naziri Nikol Paşinyan ruhanilərə qarşı bir müddət öncə sosial şəbəkədə yazdığı ifadələrə görə ictimaiyyətdən üzr istəyib.

“Qafqazinfo” Ermənistan KİV-nə istinadən xəbər verir ki, Paşinyan müvafiq komissiyanın qərarından sonra üzr istəməyə məcbur olub.

Baş nazir nalayiq ifadəsini özündə qüsur kimi qeyd edərək, emosiyalarını daha yaxşı idarə etməyi öyrənməli olduğunu bildirib.

Paşinyan üzr istəməsinin səbəbini isə tolerantlıq, demokratik təsisatlara dözümlülük və hörmətlə izah edib.

Qeyd edək ki, mayın 30-da N.Paşinyan və arvadı Anna Akopyanın Ermənistan Apostol Kilsəsinin (EAK) ruhanilərinə qarşı  ifadələri ölkədə siyasi və ictimai qalmaqala səbəb olmuşdu.

Baş nazir qalmaqala səbəb olan fikrində bildirmişdi ki, kilsədə subaylıq andını pozan bütün ruhanilərin öz mənəvi xidmətlərindən getməli, kilsələrdən rədd olmalıdırlar.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
17 avqust 2025, 22:36
17 avqust 2025, 21:47
Top