Təbriz-Bakı reyslərinin sayı artacaq

GÜNDƏM 18 avqust 2025, 00:08
Yaxın günlərdə Təbriz-Bakı aviareyslərinin sayı artacaq.

Oxu.Az "Azad İran"a istinadən xəbər verir ki, bu barədə İranın Şərqi Azərbaycan Vilayətinin Hava Limanları Baş İdarəsi məlumat yayıb.

Məlumata görə, sentyabrın 3-dən daha bir aviaşirkət Təbriz-Bakı reyslərini yerinə yetirməyə başlayacaq.

Bu uçuşlar həftənin bazar və çərşənbə günləri Təbriz Beynəlxalq Hava Limanından həyata keçiriləcək.

Xatırladaq ki, hazırda Azərbaycan Hava Yolları (AZAL) müvafiq istiqamətdə uçuşlar həyata keçirir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
17 avqust 2025, 22:36
17 avqust 2025, 21:47
Top