İsmayıllıda avtomobil AŞDI: Yaralılar var

HADİSƏ 17 avqust 2025, 22:48
İsmayıllıda yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az xəbər verir ki, qəza axşam saatlarında Qaraməryəm-İsmayıllı avtomobil yolunun Kürdmaşı kəndi ərazisində qeydə alınıb.

İlkin məlumata görə, hərəkətdə olan avtomobilin sürücüsü idarəetməni itirib və nəticədə, avtomobil yoldan çıxaraq aşıb.

Qəza zamanı Göyçay rayon sakinləri - 28 yaşlı F.Əsədov və 54 yaşlı Ş.Qasımova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar rayon mərkəzi xəstəxanasına yerləşdiriliblər.
Hadisənin səbəbləri və digər təfərrüat araşdırılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
17 avqust 2025, 22:36
17 avqust 2025, 21:47
Top