
Daşkəsən şəhərində və bəzi kəndlərdə internet xəttində problem yaranıb.
“Qafqazinfo” xəbər verir ki, 3 saatdır ki, mərkəzdə, Xoşbulaq və Bayan kəndlərində internet şəbəkəsində problem yaşanır.
İlkin məlumata görə, buna səbəb Bayan kəndində qəza zamanı avtomobilin internet xəttini zədələməsidir.
Hazırda intenetin bərpası istiqamətində iş aparılır.